iPhone 6 Plus-un yaddaşı nə qədərdir?

18 Sentyabr 2014 20:56
MacRumors nəşri yazır ki, yeni iPhone 6 Plus fableti yalnız 1 QB əməli yaddaşla təchiz olunacaq. Xatırladaq ki, iPhone 5S smartfonunda da eyni tutumlu əməli yaddaş quraşdırılıb, iPhone 6 cihazı da 1 QB əməli yaddaşla təchiz olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu gün TechRadar, System Status, the Guardian və başqa nəşrlər müvafiq məlumatı dərc ediblər.

Qeyd edək ki, Samsungun fabletləri və son nəsil LG artıq 3 Qb əməli yaddaşla təchiz olunub.

MacRumors nəşri yazır ki, iPhone 6 Plus smartfonu üçün 1 QB əməli yaddaş tutumu az görünsə də, qurğunun daxili sınaqları göstərib ki, 1 QB qurğunun FullHD təsvir ölçüsü, həmçinin iOS 8 platformasında istifadəyə veriləcək metal qrafik kitabxanası ilə normal işləməsi üçün kifayətdir.

Milli.Az