Bakıda iki marşrut avtobusu ötüşərkən toqquşdu, yaralılar var - YENİLƏNİB - FOTO

17 Sentyabr 2014 11:47

"Transkontrol" şirkətinə məxsus 30 saylı 2 avtobus Ceyhun Hacıbəyli küçəsində tıxac zamanı bir-birinə toxunub


11:47


Şirkətin rəhbəri Arzu Nəcəfovun anspress-ə verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib.

Belə ki, Söhbət Əhmədovun idarə etdiyi "Daewoo" markalı, 10 TG 384 dövlət nömrə nişanlı avtobusla Əli Xalıqverdiyevin idarə etdiyi "Daewoo" markalı, 10 TG 383 dövlət nömrə nişanlı sərnişin avtobusu bir-birinə dəyib. Arzu Nəcəfovun sözlərinə görə, ərazi tıxac olduğuna görə avtobuslar bir-birilərinə çox yaxın məsafədə hərəkət ediblər.

"Deyilənlər kimi qəzada xəsarət alan olmayıb. Heç kimin burnu belə qanamayıb. Avtobuslardan birinin pəncərəsi sınıb. Bunu böyütməyə ehtiyac yoxdur", - deyə Arzu Nəcəfov bildirib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından anspress-ə verilən məlumata görə, qəza zamanı 38 yaşlı kişi qapalı kəllə-beyin travması alıb. Onu yaxınlıqda yerləşən özəl klinikalardan birinə yerləşdiriblər.

----------
10:44

Bakıda növbəti avtobus qəzası baş verib


APA-nın verdiyi məlumata görə, hadisə metronun "Xətai" stansiyasının qarşısında, Xocalı prospektində qeydə alınıb.

30 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı, 10 TG 384 və 10 TG 383 dövlət nömrə nişanlı sərnişin avtobusları ötüşərkən toqquşub.

Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.