Milli.Az AsiaOne-a istinadən bildirir ki, Honkonqda yaşayan milyarder iş adamı, 55 yaşlı Stiven Hunun dediyinə görə, bu maşınları Makao şəhərindəki 6 ulduzlu "Louis XIII" oteli üçün alıb.
"Rolls-Royce Phantom"lar otelin VİP müştərilərinə xidmət edəcək.
Otel 2016-cı ildə istifadəyə veriləcək.
"Rolls-Royce"un baş icraçı direktoru Torsten Müller-Oitvos anlaşmanı təsdiqləyib.
Sifariş edilmiş 30 avtomobilin hamısı "Rolls-Royce"un Qudvuddakı zavodunda eksklüziv olaraq yığılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.