Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram təminatı layihə üzərində və texnoloji innovasiyalarla birgə iş üçün nəzərdə tutulub.
Layihədə həmçinin Google, Twitter, Square və digər şirkətlər iştirak edirlər. Proqram təminatı //TODO təşəbbüsü çərçivəsində hazırlanır və pulsuz təqdim ediləcək. Facebookda onu da qeyd ediblər ki, proqram mühitinin təşkili üçün həllərin hazırlanması ilə məşğul olacaqlar.
//TODO layihəsi Facebookun digər şirkətlərə onun texnologiyalarını təqdim edən və onlarla innovasiya mübadiləsi aparan, daha çox insana internetə qoşulmaq imkanı verən geniş strategiyasına daxildir.
Milli.Az