15 dollara mobil telefon!

17 Fevral 2010 09:51
Milli.Az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, "Vodafone 150" markalı telefonun qiyməti cəmi 15 dollardır.

İnkişaf etməkdə olan ölkələrdə satılacaq yeni telefonun səsli zənglər, SMS göndərmək, mobil ödəmələr həyata keçirmək kimi xidmətləri var. "Vodafone 150" əvvəlcə Hindistan, Türkiyə və Afrikanın 8 ölkəsində, ö cümlədən Lesoto, Keniya və Qanada satışa çıxarılacaq.

Daha bahalı mobil telefon - "Vodafone 250" isə rəngli ekran və FM-radio ilə təchiz olunub. Onun qiyməti 20 dollardır.

Milli.Az