Mercedes-Benz-dən yenilənmiş sedan - FOTO

16 Sentyabr 2014 21:37
Xaricdən yeni avtomobil çox böyük dəyişikliyə məruz qalmayıb. Əsas yeniliklər modelin aqreqatlarına, müxtəlif sistem və opsiyalara aiddir. Mercedes-Benz 2015-ci il sedanının əsas özəlliyi yol nişanlarını tanıma sistemidir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mercedes-Benz CLA 2015 modelində həmçinin fəal təhlükəsizlik göstəricisi də xeyli yaxşılaşıb. Yeni modeldə arxaya hərəkət zamanı toqquşmanın qarşısını almaq üçün sistem - Collision Prevention Assist Plus peyda olub. İndi avtomobil arxaya hərəkət zamanı maneə ilə toqquşmamaq üçün hətta sürücü xəbərdarlığa fikir vermədikdə özü müstəqil olaraq tormozlanır. Əlavə ödənişlə maşın salona açarsız daxil olma funksiyası, 19 düymlük təkər diskləri və salonun atmosfer işıqlandırılması ilə təchiz edilə bilər

Salonda yeni avtomobil 8 düymlük yeniləniş multimedia sistemi, yeni dekorativ taxmalar əldə edib.

2015-ci model ilinin Mercedes-Benz CLA avtomobili Paris motorşousunda debüt edəcək. Yeni modelin satışları bu ilin sonunda başlayacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.