Pilotların tətilinə görə, reyslərin yarısından çoxu ləğv edilə bilər
15 Sentyabr 2014 13:04
Bazar ertəsi "Air France" aviaşirkəti pilotların irimiqyaslı tətili ilə əlaqədar reyslərin yarısından çoxunu ləğv etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Le Figaro" qəzetinin saytına istinadən məlumat verib.
Etiraz aksiyasında şirkətin pilotlarının təxminən 60 faizinin iştirak edəcəyi gözlənilir. Əsas həmkarlar ittifaqı SNPL onları sentyabrın 15-dən 22-dək tətilə çıxmağa çağırıb. Digər həmkarlar ittifaqları hesab edirlər ki, aksiya sentyabrın 18-dək davam etməlidir. Aksiyanın müddəti ilə kompromis variant hələlik əldə edilməyib.
"Le Figaro" qeyd edib ki, bu tətil 1998-ci ildən bəri "Air France"-də ən uzunmüddətli tətildir. Aviaşirkət reysləri sentyabrın 15-dən 22-dək olan dövrdə planlaşdırılan sərnişinlərə uçuş üçün başqa tarix seçməyi məsləhət görür.
Milli.Az