Rus qızı Amerika gözəli seçildi - FOTO
15 Sentyabr 2014 13:34
ABŞ-ın Nyu-Cersi ştatındakı Atlantik Siti şəhərində "Miss Amerika 2015" yarşması başa çatıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 100 ildən çox yaşı olan müsabiqədə bu dəfə 17-24 yaş arasında 50 gözəl yarışıb.
Münsiflər heyəti Nyu-York şatından olan 22 yaşlı Kira Kazantsevanı qalib elan ediblər. Müsabiqədən sonra məlum olub ki, Kira rus qızıdır. Onun valideyinləri Rusiyada yaşayıblar, sonradan ABŞ-a köçüblər.
Kira Hofstr Universitetində hüquq təhsili alıb. O, model biznesində fəaliyyəti davam etdirmək niyyətində deyil. Kira beynəlxalq əlaqələr sahəsində karyera arzusundadır. Bundan sonra magistr və doktorluq dərəcəsi almaq üçün təhsilini davam etdirməyi planlaşdırır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.