Yüksək sürətlə hərəkət edən avtomobil yol kənarında dayanmış digər maşına çırpılıb
Bakının Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Anspress-in məlumatına görə, Nərimanov rayonu ərazisində, paytaxtın ən böyük prospekti olan Heydər Əliyev prospektində iki avtomobil toqquşub.
Hadisə gecə saatlarında qeydə alınıb. Sürətlə hərəkət edən "Opel" markalı avtomobil yol kənarında dayanmış "Kia"ya çırpılıb. Zərbənin gücündən "Opel"in 28 yaşlı sürücüsü hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Milli.Az