"Azadlıq adası"nın öz Wikipedia-sı var

14 Dekabr 2010 20:10
Milli.Az xəbər portalı "BBC News"a istinadən bildirir ki, Kuba hökuməti dünyaca məşhur pulsuz Wikipedia servisinin analoqu olan onlayn-ensiklopediyanı yaradıb.
"ecured.cu" ünvanda yerləşən sayt hələlik yalnız ispan dilindədir. Diskleymerdə bildirilir ki, "EcuRed" layihəsi  "Kubanın hər sakini ilə yanaşı, dünya insanlarını informasiya və bilik mübadiləsi üçün" yaradılıb.

"EcuRed" yetərincə subyektivdir. Belə ki, orada Kuba inqilabının lideri Fidel Kastro ölkəsini "daim inkişafa aparan dahi rəhbər" kimi təsvir olunur.
ABŞ prezidenti Barak Obama barədə məlumatların olmadığı "EcuRed"də Birləşmiş Ştatlar "dünyanın ən qüdrətli dövləti, zəmanəmizin imperiyası, başqa ölkələrin təbii sərvətlərini istismar edən ölkə" adlandırılıb.

Orxan
Milli.Az