LMFAO-nun ulduzu modelyerliyə başladı - FOTOSESSİYA

13 Sentyabr 2014 12:05
LMFAO qrupunun solisti, "X Factor Australia" musiqi şousunun münsiflər heyətinin üzvü Redfu modelyerliyə başlayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, əsl ad və soyadı Stefan Kendal Qordi olan 39 yaşlı amerikalı müğənni prodüser, reper və DJ dünən Sidney şəhərinin Vestfild səmtindəki otellərdən birində "La Freak" kolleksiyasını təqdim edib.
 

"Modelyer və ya dizayner sayılmaram. Sadəcə, özüm kimi friklər üçün geyimlər, aksessuarlar hazırladıq", - Redfu deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.