2 yeni SsangYong - FOTO

14 Sentyabr 2014 16:33
SsangYong şirkəti XLV-Air və XLV-Adventure adlı iki konseptin tizerlərini dərc edib. Yığcam seriya krossoverindən xəbər verən yeni avtomobillər oktyabrın əvvəlində Paris avtosalonunda nümayiş etdiriləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hər iki konsept 1,6 litrlik benzin və ya dizel mühərriki ilə təchiz edilə bilər. Hasilat gücü haqqında məlumat verilməyən aqreqatlar "Avro-6" standartına uyğun olacaq.

Konsept avtomobillərin stilistikasında X100 seriya yığcam krossoveri hazırlanacaq. Onun 2015-ci ildə işıq üzü görəcəyi və alıcı uğrunda Nissan Juke, Opel Mokka və Peugeot 2008 ilə mübarizə aparacağı gözlənilir. Avqustda prototip Avropada təşkilən edilən yol sınaqlarında gözə dəymişdi.

X100 krossoverinin Avropa bazarında 14-15 min avroya başa gələcəyi gözlənilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.