Milli.Az 4charx.com-a istinadən bildirir ki, Vanquish Carbon Edition iki modifikasiyada təklif ediləcək - kupe və kabriolet. Avtomobilin dizaynı xeyli dəyişikliyə məruz qalıb. Yeni modelin hazırlanmasında çoxsaylı karbon elementlərdən istifadə edilib. Bundan başqa avtomobil xüsusi əyləc tutqacları və 20 düymlük təkər diskləri ilə fərqlənir.
Avtomobilin kapotu altında 576 a.g. olan 6,0 litrlik V12 benzin mühərriki yer alıb. İlk yüzlüyə" Vanquish 4,0 saniyədə sürətlənəcək. Maksimum sürət saatda 300 kilometrdən çoxdur.
Milli.Az