Məktublarımızı gizlicə oxuyurlar

14 Sentyabr 2014 14:15

Google, Microsoft və Yahoo! və digər nəhəng texnoloji şirkətlər ABŞ Konqresi üzvlərini fərdi elektron poçt yazışmasının yeni mühafizə standartlarına zəmanət verən qanun qəbul etməyə çağırıb. Bu barədə The Hill nəşri məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, konqresə müraciət edən 70 təşkilat nümayəndəsinin fikrincə, Elektron poçtun məxfiliyi haqqında qanunun qəbul edilməsi ABŞ şirkətlərinə innovasiya tətbiq etməyə və dünya bazarında rəqabət aparmağa kömək edəcək.

"Saytlarda saxlanılan məlumatlara dövlət çıxışı standartları ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması ABŞ-dan kənardakı istifadəçiləri və şirkətləri xidmətlərimizdən istifadəyə stimullaşdıracaq", - ABŞ-ın nəhəng internet şirkətlərinin nümayəndələri bəyan edib.

Milli.Az