"Həyat yoldaşınız nə əcəb işə gəlib-getmir? Olmaya atalıq məzuniyyətinə çıxıb?.." Və ardınca güclü bir qəhqəhə. Bir neçə gün öncə şəxsən şahidi olduğum dialoqdan, sadəcə, bir cümlə idi yazdığım. Azərbaycan insanı üçün qloballaşma, dünyanın inkişafı fonunda "atalıq məzuniyyəti" söz birləşməsi hələ də gülüş doğurur. Az qala kişinin dünyaya uşaq gətirməsi kimi də assosiasiya olunur deyə bilərik. Baxmayaraq ki, zamanında Milli Məclisdə bununla bağlı qanun da müzakirəyə çıxarılıb.Atalara ən yaxşı "baxan" dünya ölkəsi hansıdır?..