Türk serialında Azərbaycan mahnısı - VİDEO

11 Aprel 2015 22:52
Daha bir türk serialında məşhur Azərbaycan mahnısı səslənib. 

Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyənin məşhur ATV kanalında bu yaxınlarda yayımlanacaq "Xoşbəxt ol, yetər" serialının tanıtım filmində azərbaycanlı ifaçı, əsl adı Ceyhun Zeynalov olan Cinin sevilən "Buludlar" mahnısı səslənib. Filmin yaradıcıları eyni zamanda serialın tanıtım reklamında "Buludlar" mahnısının sözlərini Azərbaycan dilində titrlərdə yazıblar.
 

Qeyd edək ki, "Xoşbəxt ol, yetər" serialında Əli Atay, Ertan Saban, Önər Erkan, Əsli Ənvər kimi aktyorlar rol alıb. Serial komediya janrında çəkilib.

Xatırladaq ki, bundan öncə də məşhur "Qurdlar vadisi" serialında "Dəşti təsnifi" səslənmişdi.
 

Milli.Az