Günay Musayeva: "Bir azdan onunla qol-qola gəzəcəyik"

12 Sentyabr 2014 13:02
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu Cahangirdən bəhs edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model "Miss Eurovision Turkey" müsabiqəsi zamanı müsahibələr verərək, oğlunun da moda dünyasına addım atdığını bildirib:

"Cincan da (Cahangir) moda dünyasına qarşı həvəslidir. Bir neçə "Best Model Child" yarışmasında münsiflik edib. 2 yaş yarım olmasına baxmayaraq kameraları indidən çox sevir. Bu həyata öyrəşib. Ana olmaq gözəl bir duyğudur.

Nə yaxşı ki, gənc yaşımda ana olmuşam. Bu yaşda analıq gözəldir. Oğlum böyüyəcək, bir azdan onunla qol-qola gəzəcəyik. Ana olub bu sahədə çalışmaq heç də çətin deyil".

Milli.Az