Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yas məclislərində yol verilən israfçılığı, dəbdəbəli ehsan süfrələrinin açılmasını tənqid etməsi, bunun bəyənilən əməl olmaması barədəki açıqlamaları cəmiyyətdə ciddi polemikalara səbəb oldu. Əksəriyyət bunu təqdir etsə də, DQİDK-in tövsiyələrinin bəzi icra strukturları və bələdiyyələr tərəfindən imperativ kimi qavranılması müəyyən gərginlik və anlaşılmazlıqlar da yaratdı.Son günlər ölkə gündəmində qızğın müzakirə predmetinə çevrilən ən aktual mövzulardan biri də yas və toy məclislərindəki israfçılıq, dəbdəbə, təmtəraq yarışması məsələsidir