Bu gün saat 14:00 radələrində Şəkinin Kosalı kəndində yanğın baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Cəfərov Eyvaz Baxşeyş oğluna məxsus ümumi sahəsi 80 kvadratmetr olan dam 600 ədəd ot tayası ilə birlikdə yanıb.
Eləcə də hadisə zamanı Babayev Telman Balaş oğluna məxsus ümumi sahəsi 70 kvadratmetr tövlə və 300 ədəd ot tayası yanaraq külə dönüb. Əraziyə Şəki Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının böyüməsinin və ətrafda yerləşən tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı Şəki Yanğından Mühafizə Hissəsində araşdırma aparılır. Yanğının dəqiq səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Milli.Az