"Qəbələ"də parladı, "Atletiko"dan təklif aldı

11 Sentyabr 2014 16:18

15 yaşadək futbolçular arasında keçirilən "Qəbələ kuboku"nun ulduzlarından olan Luka Yoviç Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2 il əvvəl Serbiya millisinin heyətində özünü yaxşı tərəfdən göstərən 17 yaşlı istedad İspaniya "Atletiko"su, həmçinin "Fiorentina" (İtaliya), PSJ (Fransa), "Spartak" (Moskva, Rusiya) kimi klubların hədəfindədir. "Srvena Zvezda"nın formasını geyən gənc oyunçu üçün 6-8 milyon avro transfer haqqı təklif olunur.
  

Qeyd edək ki, 2012-ci ildə keçirilən "Qəbələ kuboku"nun finalında "Qalatasaray"a penaltilərlə uduzan serbiyalıların əsas vaxtdakı qolunu məhz Yoviç vurmuşdu.

Milli.Az