Rumıniya və Moldovada güclü zəlzələ

11 Sentyabr 2014 09:34

Zəlzələ ən təhlükəli seysmik zonada baş verib

Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib.

Anspress-in məlumatına görə, yeraltı təkanlar, eləcə də Moldova və Bolqarıstanda da hiss edilib.

Zəlzələnin episentri Bakı vaxtı ilə 11 sentyabr 00:45 radələrində Vrança dağında yerləşən Prahova kəndində, 100 kilometr dərinlikdə olub.

Zəlzələdə tələfat və dağıntılar barədə hələ məlumat verilmir.

"Kişinyovda 4 ballıq təkanlar qeydə alınıb. Episentr Karpat dərəsinin cənub-qərbində yerləşib", - deyə Moldova Elmlər Akademiyasının Eksperimental Seysmologiya Mərkəzinin müdiri İvam İlieş bildirib.

Bu arada Modova sakinləri bildiriblər ki, 5 bal gücündə də zəlzələ hiss ediblər. Elmlər Akademiyasının geofizika və geodeziya İnstitutundan bildiriblər ki, ölkənin cənubunda təkanlar 5,5 bal gücündə olub.

Vrança dağı Orta Karpat sıra dağlarının burnunda yerləşir və Rumıniyanın ən seysmoloji təhlükəli bölgəsidir. 1977-ci ildə burada baş verən 8 bal gücündə zəlzələ nəticəsində təxminən min beş yüz nəfər həyatını itirmişdi.

Milli.Az