Bu yaxınlarda Hollivud ulduzları Bred Pittlə Ancelina Colinin uzun müddət vətəndaş nikahında yaşadıqdan və 6 uşaqdan sonra ailə qurmaları dünya mətbuatının əsas mövzusuna çevrildi. "Bütün dünya bu toyu gözləyirdi" yazan mətbuat və sosial mediada az qala örnək kimi göstərilən əsas məqam isə Fransanın Korrens kəndində evlənən ulduzların öz toy mərasimlərini çox sadə keçirmələri ilə bağlı oldu. Belə ki, zəngin ulduz cütlüyü toylarına özlərinə yaxın saydıqları 20 nəfəri dəvət etmiş və gələn qonaqları yalnız viski ilə pitsaya qonaq etmişdilər.Toylarımızdakı israfçılıqla bağlı narazılıqlar nəticə verəcəkmi?