Loğman kim olub?
11 Sentyabr 2014 20:38
Milli.Az islam.az-a istinadən bildirir ki, daha düzgün və geniş yayılmış fikrə görə Loğman peyğəmbər olmayıb. Allah onu ya peyğəmbərliyi, ya da hikməti qəbul etmək seçiminin qarşısında qoyub və o, hikməti seçib.
Loğman Həzrət Davud Peyğəmbərin (ə) müasiri olub. Bəzi rəvayətlərdə qaradərili zənci olduğu, bir nəfərə xidmətçilik etdiyi, sonra ağası tərəfindən azad olunduğu bildirilir. Loğmanın hikmətli nəsihətlərindən bəzi nümunələr onun adını daşıyan surədə verilib.
Hədislərdə də Loğmanın nəsihətlərinə rast gəlirik. Milli.Az