Milli.Az 4charx.com-a istinadən bildirir ki, Jaguar XE S zirvə versiyası mexaniki kompressorlu 3,0 litrlik V6 benzin mühərriki ilə təchiz edilib (340 a.g. və 450 Nm). Maksimum sürəti 250 km/saat olan XE S ilk "yüzlüyə" 5,1 saniyədə sürətlənir. Jaguar XE mühərrik qamması haqqında daha ətraflı Parisdə açıqlama veriləcək.
Yeni modelin satışlarının nə vaxt başlanacağı hələlik məlum deyil. Jaguar şirkətindən ancaq onu bildiriblər ki, modelin qiyməti təxminən 27 min funt sterlinqdən başlayacaq. İngiltərədə BMW 3-Series baza komplektasiyasında 23 min 550 funt sterlinq qiymətləndirilir.
Milli.Az