Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu ilin mayında Zagato emalatxanası isveçrəli maliyyəçi Albert Şpis üçün Lamborghini Gallardo LP 570-4 bazasında daha bir unikal superkar yığmışdı.
Aston Martin Virage Shooting Brake superkarının gücü haqqında məlumatlar və avtomobilin dinamik göstəriciləri gizli saxlanılır.
Layihə müəlliflərinin bildirdikləri kimi yeni model "Centennial trilogiyasını tamamlayır". 2013-cü ilin ortalarında İtaliya emalatxanası iki eksklüziv Aston - DB9 Spider Zagato Centennial və DBS Coupe Zagato Centennial buraxmışdı. Maşınlar amerikalı avtomobil kolleksioneri Piter Ridin və adının açıqlanmasını istəməyən bir yapon iş adamının sifarişləri ilə yığılmışdı. Hazırkı Aston Martin Virage Shooting Brake bu sıradan üçüncü maşın hesab edilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.