Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, Yardımlı rayonu ərazisində tədqiqat işlərini davam etdirən arxeoloji qrup rayonun İranla sərhədində - Avaş-Arvana şose yolunun sol tərəfində, Arvana kəndindən 5 km şimal-qərb istiqamətində olan Komanı yaylaqlarında son tunc-ilk dəmir dövrünə aid 20-dən artıq kurqan tipli qəbir abidələri aşkar edib.Yardımlı rayonu ərazisindəki Komanı yaylaqlarında yaşı 3000 il olan yeni kurqanlar tapılıb