"Mafiya" oyunu tamaşa oldu - FOTO
10 Sentyabr 2014 12:34
Milli.Az RTV-yə istinadən bildirir ki, Siyəzən şəhər Mədəniyyət Evində yeni üsullardan istifadə etməklə gənclər arasında insan alverinə qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə "Günahsız günahkarlar" adlı teatr tamaşası nümayiş etdirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın nümayişindən əvvəl bildirilib ki, bu səhnə əsəri insan alverinin tanıdılmasına həsr edilib və maarifləndirici xarakter daşıyır. Bakı Uşaq Teatrının aktyorları tərəfindən oynanılan tamaşa gənclər arasında məşhur olan "mafiya" oyunu üzərində qurulub. Səhnə əsərində "mafiya" oynayan gənclər özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.
Tamaşaçılar tərəfindən yüksək qiymətləndirilən səhnə əsərinin müəllifi Arzu Soltan, quruluşçu rejissoru isə İntiqam Soltandır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



