5 milyon Google istifadəçisini şoka salan xəbər
        10 Sentyabr 2014 12:28 
        Google elektron poçtunun (Gmail) istifadəçisi olan 5 milyon nəfərin parolu İnternetdə açıq mənbələrdə yerləşdirilib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu parolların 60%-i aktivdir. Həmin parollarla tək gmail-ə deyil, Google-un digər servislərinə çıxış mümkündür. 
Qeyd edək ki, ötən gün Rusiyanın populyar İnternet resursları Mail.ru və Yandex-in istifadəçi parolları oğurlanaraq İnternetdə yerləşdirilmişdi. Google parollarının oğurlanması xəbəri isə həmin hadisədən düz bir sutka sonra yayılıb. 
Milli.Az