Nadir Qafarzadə: ""Maserati"mə gözü düşüb"
9 Sentyabr 2014 20:18
Sənətçi "Starlife"da yeni avtomobilindən söhbət açıb.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Nadir bu avtomobili əldə etmək üçün heç də az zəhmət çəkməyib. O deyir ki, zəhmətimlə qazanıramsa, xərcləməyə də haqqım çatır.
"Hər markadan olan avtomobil sürmüşəm. Amma heç vaxt "Maseratti"m olmayıb. Yoldaşımla, prodüserimlə də məsləhətləşdik. Götür-qoy elədik ki, maşın bu məbləğə dəyərmi? Niyə də dəyməsin?
Mən alın tərimlə, iztirabla pul qazanmışam. O maşını sürməyə tam haqqım çatır. Halal pulumu yığıb almışam".
Nadir avtomobilin məbləğini sirr olaraq saxlamaqda davam edir. O deyir ki, məbləğdən daha çox, maşını idarə edən şəxs önəm kəsb etməlidir.
"Avtomobilin məbləği ilə bağlı mətbuatda çox yazdılar. Kimisi 120 min dedi, kimisi də 180 min... Amma mən qiyməti açıqlamaq istəmirəm. Əsas qiymət deyil, onu sürən oğlandır. Maşın köhnə modeldir. Əvvəl bir alman işlədib. Amma o qədər səliqəli, təmiz sürüb ki, heç deməzsən ki, bu maşını kimsə idarə edib.
Qeyd edim ki, maşınıma artıq oğlum göz qoyub. Hər dəfə mənə bunu hərəkətləri ilə bildirir".
Milli.Az