10 il sonra ağıllı ev...

10 Sentyabr 2014 22:01
Müxtəlif məişət texnikasının lokal və ya qlobal şəbəkəsinə qoşulmasını nəzərdə tutan əşyaların interneti bazarı inkişaf edir. Yaxın on ildə bu bazar son dərəcə yüksək inkişaf edəcək, amma müəyyən çətinlikləri həll etmək lazımdır.

Gartner analitiklərinin proqnozuna görə, 2020-2025-ci illərdə müxtəlif cihazların qarşılıqlı əlaqəsi nəticəsində ağıllı hesab olunan hər bir evdə bir şəbəkə ilə birləşdirilmiş qurğuların sayı 500-ü ötəcək. Buraya işıqlandırma sistemləri, musiqi və əyləncə texnikası, hər cür monitorinq datçikləri və təhlükəsizlik cihazları aiddir. Ekspertlərin tədqiqatına əsasən, adı çəkilən avadanlıqlar bəzi evlərdə istifadə olunur, gələcəkdə ev avtomatlaşdırmasına qeyri-adi əşyalar daxil ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Əşyaların interneti" layihəsini bir çox böyük elektronika istehsalçıları dəstəkləyir. Gartnerin analitikləri bildirirlər ki, Apple bu yaxın günlərdə Home Kit platformasını dəstəkləyən yeni iOS 8 əməliyyat sisteminin istifadəsinə hazırlaşır.

Analitiklər hesab edirlər ki, ev avtomatlaşdırma bazarı üçün maliyyə məsələsi problem olmayacaq, çünki datçik və müxtəlif növ uzaqdan idarəetmə sisteminin qiyməti təxminən 1 dollar təşkil edəcək. Əsas çətinlik ondan ibarətdir ki, televizor və ya soyuducu daxil olmaqla, bir çox ev texnikası tez-tez yenilənmir, buna görə ilkin mərhələdə ağıllı cihazlara keçid prosesi zəif olacaq.

Xeyli sayda cihazın bir şəbəkəyə birləşməsi simsiz kommunikasiyanın köməyi ilə ötürülən bütün məlumatları izləmək imkanını çətinləşdirəcək. Tədqiqatçılar bildiriblər ki, bu isə öz növbəsində, informasiya təhlükəsizliyi problemini yaradacaq və ağıllı məhsul istehsalçıları bu problemi həll etməli olacaqlar.

Milli.Az