Milli.Az ICTnews-a istinadən bildirir ki, Luminate xidməti rəqəmli təsvirlərin üzərinə reklam yerləşdirilməsi ilə məşğul olur. Rəsmi saytda Luminate-in nümayəndələri bu faktı təsdiq ediblər. Həmçinin bildirilib ki, startap sentyabrın 3-də işini dayandırıb. Ayın sonunadək servisin xidmətlərindən istifadə etmiş elan verənlərin Luminate hesablarındakı pulları geri qaytarılacaq. Sistemin bütün istifadəçilərinin hesablarına giriş yalnız oktyabrın 1-dək təmin ediləcək.
Belə görünür ki, Yahoo! öz reklam işini gücləndirmək niyyətindədir. 2014-cü ilin ikinci rübündə şirkətin reklam nümayişindən qazanılan gəliri 8% azalaraq 453 milyon dollar təşkil edib. İnternet şirkətinin direktoru Marissa Mayer deyib ki, mənfi amillərin təsirini azaltmaq üçün reklam bazarında daha sürətli işləmək lazımdır.
Milli.Az