Facebook bahalaşdı
9 Sentyabr 2014 13:35
Facebook sosial şəbəkəsinin qiyməti 200 milyard dollara qədər qalxaraq Bank of America və Coca-Cola kimi nəhəng şirkətləri geridə qoyub.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, sosial şəbəkənin səhmləri son ildə 81% artaraq onun sahibi Mark Zükerberqin varidatını 34,5 milyard dollara qədər yüksəldib. Şirkətin səhmlərinin 61,1%-i ona məxsusdur.
Şirkət hazırda dünya reytinqində Verizon Communications Inc. şitkərindən bir pillə aşağıda, Toyota Motor Corp.-dan isə bir pillə yüksəkdədir.
Bu ilin ikinci rübündə sosial şəbəkənin qazancı 2,91 milyard dollar olub. Ötən ilin analoji dövründə isə bu rəqəm 1,83 milyard dollar idiş
Milli.Az