Dikdaban ayaqqabı ilə görüşə gələn qızın əhvalatı - MÜZAKİRƏ

9 Sentyabr 2014 14:01
Oxuculardan biri yazır ki, bu günlərdə Bakı bulvarında dikdaban ayaqqabı geyinmiş qızın başına gələn məzəli hadisənin şahidi olub. Oğlan qızla gedir, qız isə demək olar ki, oğlandan sallanır. Hər addlmını atdıqca ayağı burxulurdu. Bütün məsələ dabanların həddən artıq hündür olmasında idi. Yazıq qız, demək olar ki, gəzə bilmirdi. Görüşdüyü oğlanın qarşısında özünü daha da gözəl göstərmək istəyirdi, ancaq hər şey əksinə alındı.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, cütlük "kiçik Venesiyada" gəzişirdi. Qız ayaqqabılarını gah çıxarır, gah da yenidən geyinirdi. Sonda isə onları çıxardı və ayaqyalın gəzməyə başladı.

Dikdaban ayaqqabılar gözəldir, eleqantdır, ancaq hər zaman rahat və yerində olmur.

Son bir neçə ildir ki, bakılı qızlar baletka tipli ayaqqabılar geyinməyə başlayıblar. Buna qədər isə hər kəs dikdaban ayaqqabılarda o yan-bu yana qaçışırdı. İndi də elə qızlar var ki, yalnız dikdaban geyinirlər. Onların fikrincə, özünə hörmət edən qadın küçəyə yastı dabanlı ayaqqabı ilə çıxmamalıdır. Çünki "kabluk" gözəl olmayan ayaqları da gözəlləşdrir.

Bəli, dikdaban gözəldir və qadınsayağıdır. Ancaq bunu geyinməyi bacaranlar üçün. Əgər dikdaban geyinən əziyyət çəkirsə, inanın ki, orada heç bir gözəllik olmur. Ayağı dolaşa-dolaşa gəzən qızlara hər kəs ironiya ilə baxır.

Qızın çəkdiyi əzablar üzündə də əks olunur. Nə qədər bunu ifadə etməməyə çalışsa da, mümkün olmur. Dikdaban ayaqqabı ilə bulvarda gəzən qızın bəlkə də ən böyük arzusu ev çəkələyi geyinmək olur.

Həkimlər də deyirlər ki, daima dikdaban ayaqqabıdan istifadə sağlamlıqda ciddi fəsadlara gətirib çıxara bilər. Ancaq etiraf da etmək lazımdır ki, dikdaban ayaqqabı qadının bəzəyidir. Əgər onu geyinə bilirsinizsə, istənilən paltarda eleqant görünəcəksiniz. Əgər bacarmırsınızsa...

Gözəlliyə görə bu qədər əzab-əziyyətə qatlaşmağa dəyərmi? Dikdaban ayaqqabını harada geyinmək yerli, harada yersiz olar?

Şərhlərinizi gözləyirik.

Milli.Az