Ukrayna separatçılarına xüsusi status verildi

9 Sentyabr 2014 11:21
Minsk görüşünün yekunlarına əsasən, protokol hazırlanıb. Protokola əsasən, Donetsk və Luqansk vilayətlərinə xüsusi status və növbədənkənar seçkilər keçirmək səlahiyyəti verilir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ATƏT-ın rəsmi saytı məlumat verib.

"Ukraynanın "Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarının müvəqqəti yerli özünüidarəetmə" haqqında qanunu ilə hakimiyyətin desentralizasiyasını həyata keçirmək", - sənəddə qeyd olunur.

Qeyd edək ki, Ukraynanın şərqində başlamş separatçı hərəkatla bağlı Minskdə görüşlər keçirilib. Görüşdə Ukrayna, Rusiya, ATƏT, separatçı Luqansk və Donetsk regionlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşün nəticələrinə əsasən, sentyabrın 5-dən etibarən atəşkəs elan olunub.

Milli.Az