İdmançımızdan dünya çempionatında qızıl və gümüş medallar! - YENİLƏNİB

9 Sentyabr 2014 20:23

20:23

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Çeban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxand, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeri Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxıb. Gərgin keçən görüşdə Rusiya təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

61 kq

1/16 final - Hacı Əliyev - Vasil Şuptar (Ukrayna) 14:2
1/8 final - Kristof Bienkovski (Polşa) - Hacı Əliyev 0:10
1/4 final - Andrey Perpelita (Moldova) - Hacı Əliyev 0:11
1/2 final - Hacı Əliyev - Yovlis Bonne (Kuba) 4:2
FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İran) - Hacı Əliyev 7:12

65 kq

1/16 final - Məhəmməd Müslümov - Vilson Ndreqyoni (Albaniya) 10:0
1/8 final - Məhəmməd Müslümov - Bazar Bazarquruyev (Qırğızıstan) 10:2
1/4 final - Mustafa Kaya (Türkiyə) - Məhəmməd Müslümov 10:0

74 kq

1/16 final - Əşrəf Əliyev - Karmelo Lumia (İtaliya) 11:1
1/8 final - Alireza Afzalipaimami (İran) - Əşrəf Əliyev 4:6
1/4 final - Jumber Kvelaşvili (Gürcüstan) - Əşrəf Əliyev 9:5

97 kq

1/16 final - Nikolay Çeban (Moldova) - Xetaq Qazyumov 0:6
1/8 final - Xetaq Qazyumov - Elizbar Odikadze (Gürcüstan) 2:1
1/4 final - Xuderbulqa Dorjxand (Monqolustan) - Xetaq Qazyumov 0:6
1/2 final - Valeri Andreetsev (Ukrayna) - Xetaq Qazyumov 1:5
FİNAL - Abdusalam Qadisov (Rusiya) - Xetaq Qazyumov 2:1

----------
18:49

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub.

Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran H.Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İran güləşçisi olub. Təmsilçimiz final görüşünü 12:7 hesablı qələbə ilə başa vurub.

61 kq

1/16 final - Hacı Əliyev - Vasil Şuptar (Ukrayna) 14:2
1/8 final - Kristof Bienkovski (Polşa) - Hacı Əliyev 0:10
1/4 final - Andrey Perpelita (Moldova) - Hacı Əliyev 0:11
1/2 final - Hacı Əliyev - Yovlis Bonne (Kuba) 4:2
FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İran) - Hacı Əliyev 7:12

----------
18:07

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.

61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran H.Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İran güləşçisi olacaq.

97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Çeban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxand, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeri Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxacaq.


61 kq

1/16 final - Hacı Əliyev - Vasil Şuptar (Ukrayna) 14:2
1/8 final - Kristof Bienkovski (Polşa) - Hacı Əliyev 0:10
1/4 final - Andrey Perpelita (Moldova) - Hacı Əliyev 0:11
1/2 final - Hacı Əliyev - Yovlis Bonne (Kuba) 4:2
FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İran) - Hacı Əliyev


65 kq


1/16 final - Məhəmməd Müslümov - Vilson Ndreqyoni (Albaniya) 10:0
1/8 final - Məhəmməd Müslümov - Bazar Bazarquruyev (Qırğızıstan) 10:2
1/4 final - Mustafa Kaya (Türkiyə) - Məhəmməd Müslümov 10:0


74 kq


1/16 final - Əşrəf Əliyev - Karmelo Lumia (İtaliya) 11:1
1/8 final - Alireza Afzalipaimami (İran) - Əşrəf Əliyev 4:6
1/4 final - Jumber Kvelaşvili (Gürcüstan) - Əşrəf Əliyev 9:5


97 kq

1/16 final - Nikolay Çeban (Moldova) - Xetaq Qazyumov 0:6
1/8 final - Xetaq Qazyumov - Elizbar Odikadze (Gürcüstan) 2:1
1/4 final - Xuderbulqa Dorjxand (Monqolustan) - Xetaq Qazyumov 0:6
1/2 final - Valeri Andreetsev (Ukrayna) - Xetaq Qazyumov 1:5
FİNAL - Abdusalam Qadisov (Rusiya) - Xetaq Qazyumov

-----------
13:28

Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə fiaskoya uğrayan Azərbaycan millisinin bu gün daha 4 idmançısı mübarizəyə qoşulacaq.

Belə ki, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər nəyə qadir olduqlarını göstərəcəklər.
  

Sərbəst güləş
61 kq


Yığmamızın tək-tük yerli güləşçilərindən olan Hacı Əliyev mundiala 1/16 finaldan start verəcək. O, Vasil Şuptarla (Ukrayna) üz-üzə gələcək.

65 kq

Milliləşdirilmiş legionerimiz Məhəmməd Müslümovun da ilk qarşılaşması 1/16 finala təsadüf edəcək. O, Vilson Ndregjoni (Albaniya) ilə qarşılaşacaq.

74 kq

Güləşçimiz Əşrəf Əliyev 1/16 finalda italiyalı Karmelo Lumianı sınağa çəkəcək.


97 kq

Milliləşdirilmiş legionerlərimizdən ən titullusu və yığmamıza sadiqliyi ilə seçilən Xetaq Qazyumov 1/16 finalda Nikolay Cobanla (Moldova) güləşəcək.

Milli.Az