İran İŞİD-çiləri həbs etdi

9 Sentyabr 2014 12:42

Rəsmi Tehran: Terror qruplaşmasının İrana hücum etmək planları var

İranda İraq Şam İslam Dövləti qruplaşmasının üzvləri həbs olunublar.

Anspress-in məlumatına görə, İranın Daxili İşlər Nazirliyi terror qruplaşmasına qoşulmaq məqsədi ilə İraqa getmək istəyən Əfqanıstan və Pakistan əsilli şəxslərdən ibarət dəstə üzvlərinin saxlanılması ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyi İŞİD-in İrana hücum etmçək planları barədə məlumatlarının olduğunu bildirib.

Daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli İranın sərhəd rayonlarında qruplaşma tərəfdarlarının pul yığması haqda xəbərlərini isə təkzib edib.

Qeyd edək ki, İran dəfələrlə terror qruplaşmasına qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu bəyan edib.

Milli.Az