Türkiyənin media nəhəngi KİV sektorundan çəkilir

13 Dekabr 2010 18:24
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, bunu "Doğan Yayın Holding"in idarə heyətinin üzvü Soner Gedik deyib. Onun sözlərinə görə, "Hürriyet qəzetçilik və mətbəəçilik" şirkətinin satışı üçün təkliflər toplanır.

Aydın Doğanın sahib olduğu "Doğan" Şirkətlər Qrupu kütləvi informasiya vasitələrini "Doğan Yayın Holding" adı altında çatışa çıxarıb və satışla bağlı danışıqların aparılması üçün "Goldman Sachs"' şirkət ilə müqavilə bağlayıb.

Qeyd edək ki, "Doğan"  Şirkətlər Qrupuna "Hürriyet"lə yanaşı, CNN Türk, Kanal D və Star telekanalları, "Milliyet" ve "Posta" qəzetləri də daxildir.

Milli.Az