Cadillac Escalade-ın qiyməti açıqlandı - FOTO

9 Sentyabr 2014 22:35
General Motors lüks avtomobillər bölməsi Cadillac Avropada yeni Escalade 2015 modelinin qiymətini elan edib. Baza komplektasiyasında qiymət 94 500 avrodan başlayır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan başqa, Avropada ilk dəfə olaraq uzun təkər bazalı versiya da əldə etmək mümkün olacaq. Hər iki model onları 420 a.g. (621 Nm) təmin edən 6,2 litrlik yeni V8 mühərriklə təchiz ediləcək.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.