İŞİD parçalanarsa...

8 Sentyabr 2014 18:55
"İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın ər-Riqqa əyalətində başda Əbu-Ömər ət-Tunisi olmaqla, özünün 30 tanınmış üzvünü edam edib.

Milli.Az islam.az-a istinadən bildirir ki, təşkilat bunu həmin döyüşçülərin itaətsizliyi ilə əlaqələndirib.

Öldürülənlərin "İslam Dövləti"nin qafqazlı əmiri Əbu-Ömər əş-Şişaninin əmrlərinə tabe olmadıqları üçün edama məhkum edildikləri bildirilir.

Ekspertlərimizin fikrincə, son hadisələr göstərir ki, İŞİD parçalanma ərəfəsindədir. Bu terror təşkilatı parçalanarsa, köhnə cinayətləri İŞİD-in üzərində saxlamaqla, yeni yaranmış terror təşkilatının davamını izləyə bilərik. Qərb dünyasının da hazırkı dönəmdə İŞİD-in üzərinə getməsi səmimi görünmür. Görünür, vaxtilə bəsləyib dəstəklədikləri terror təşkilatlarnın cinayətlərinin üzərinə pərdə örtmək vaxtının yetişdiyini anlayıblar. Necə ki, İŞİD-in yaranması ilə "Əl-Qaidə" kölgədə qaldı, İŞİD-dən ayrılacaq qol da törədəcəyi cinayətlərlə İŞİD-i eləcə unutduracaq.
 

Milli.Az