"Azərbaycanı potensial səhmdar kimi görürük"
8 Sentyabr 2014 14:35
Moldova Azərbaycanı potensial səhmdar kimi görür. Trend-in məlumatına görə, bunu Moldova baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda brifinqdə deyib.
Onun sözlərinə görə, Moldova xüsusilə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: "Azərbaycan biznesi artıq Moldovada təmsil olunub, lakin Kişinyov onun ölkədə iştirakının genişlənməsində maraqlıdır".
N.German qeyd edib ki, Moldova isə öz növbəsində Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarük edilməsini təklif edir: "Kənd təsərrüfatı məhsullarımız çox yüksək keyfiyyətlidir və Azərbaycan istehlakçıları razı qalacaqlar".
Milli.Az