Qarındeşən Cekin kimliyi müəyyən edildi
8 Sentyabr 2014 11:44
Tarixin ən məşhur qatillərindən olan Qarındeşən Cekin şəxsiyyəti onun son cinayətini işləməsindən 126 il sonra təsbit edilib.
Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər yayıb.
DNT mütəxəssisi Jari Louhelaynen 1988-ci ildə İngiltərənin paytaxtı Londonda işlənmiş cinayəti araşdırmağa başlayır. Məşhur mütəxəssis silsilə qətllər törətmiş Qarındeşən Cek tərəfindən öldürülən Katerina Eddovesin qanlı şalı üzərində etdiyi testlər nəticəsində qatilin Polşadan olan mühacir, bərbər Aron Kosminski olduğunu müəyyən edib.
İş adamı Russell Edvardsın 2007-ci ildə İngiltərədəki hərrac evlərinin birindən satın aldığı şalı araşdıran alim İngiltərənin "Mail on Sunday" qəzetinə bildirib: "Əldə etdiyim nəticədə şübhəyə yer yoxdur".
Qeyd edək ki, Londonun şərqindəki Uaytçapel şəhərində bir bərbər dükanı işlədən Kosminski "Skotland Yard" tərəfindən sorğulanan şübhəlilərdən biri idi. Ruhi xəstə olan Kosminski kifayət qədər dəlil olmaması səbəbi ilə sərbəst buraxılmışdı.
Milli.Az