Azəriqaz "qaynar xətt" açıb

16 Fevral 2010 19:16
Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Vətəndaşlar ölkənin qaz təchizatı sistemi ilə bağlı yaranmış problem, təklif və suallarla bağlı sutka ərzində istənilən vaxt 185 nömrəsinə zəng edə bilərlər.

Abunəçilər qaz təsərrüfatındakı problemlərlə yanaşı, qaz istifadəsində qaydaların pozulması məsələləri ilə bağlı da cavab ala bilərlər.

/Trend News/