126 min Honda geri çağırılır

7 Sentyabr 2014 11:23
Yaponiyanın Honda şirkəti 126 min motosikli ABŞ bazarından geri çağırır.

Milli.Az İTAR-TASS-a istinadən bildirir ki, bu barədə xəbəri Associated Press yayıb.

Bildirilir ki, geri çağırılmaya səbəb əyləc sistemindəki nasazlıqla bağlıdır.

2001-ci ildən 2010-dək, həmçinin 2012-ci ildə istehsal olunmuş GL-1800 motosiklləri geri çağırılacaq. İstehsalçı bildirib ki, arxa əyləcin işində nasazlıq aşkarlanıb. Bu problemlə üzləşən təxminən 500 motosikl sahibi şirkətin nümayəndələrinə müraciət edib. Lakin bu defektin yaratdığı yol-nəqliyyat hadisələri barədə əldə fakt yoxdur.

2001-ci ildə Honda GL-1800 motosikllərini elə eyni problemə görə geri çağırmışdı, lakin şikayətlərin ardı-arası kəsilmədi.

Milli.Az