Citroen şirkəti C3-XR krossoverinin şəkillərini dərc edib - FOTO
8 Sentyabr 2014 21:05
Fransız şirkəti Citroen kompakt C3-XR krossoverin ilk rəsmi fotoşəkillərini dərc edib. Avtomobilin açıq premyerasının noyabrda keçirilməsi nəzərdə tutulub.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Pekində təqdim edilmiş C-XR konseptinin seriya versiyası olan avtomobil ilk dəfə Quançjou avtoşousu çərçivəsində nümayiş etdiriləcək və ondan bir neçə həftə sonra satışa çıxarılacaq. Krossover Çində Citroën & Dongfeng Motor Group birgə müəssisəsində buraxılacaq.
Hazırda model haqqında yalnız onun Peugeot 2008 bazasında olması məlumdur. Bu isə o deməkdir ki, C3-XR, çox güman ki, 1,8 litrlik atmosfer benzin mühərriki və 163 a.g. olan 1,6 litrlik turbomühərriklə təchiz ediləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


