Peugeot şikəti Exalt konseptini yeniləyib - FOTO
7 Sentyabr 2014 22:43
Peugeot "doğma divarlar" arasında - Paris avtosalonunda qeyri-adi Exalt konseptinin yenilənmiş versiyasını təqdim edəcək.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, konseptin premyerası bir qədər əvvəl Pekin avtosalonunda baş tutmuşdu. Nə səbəbdənsə şirkətdə onu indi Avropa versiyası adlandırırlar. Avtomobilin yük yerində onun qapısını maksimum bucaq dərəcəsində açmağa imkan verən qurğu ilə yanaşı, qatlama elektroskuter gizlədilib. Fransızlar bildirirlər ki, avtomobillərin çox sıx olduğu şəhərlərdə alternativ nəqliyyat vasitəsi kimi elektroskuter işə çox yarayacaq.
Qalan məsələlərdə Onyx konseptinin "qardaşı" olan yeni versiya öz ilkin variantından çox da uzağa gedə bilməyib. Yenilik kimi bir də prototipin arxa hissəsini örtən "köpək balığı dərisi"nin (köpək balığı dərisini imitasiya edən bu sintetik material layihə müəlliflərinin fikrincə, həm də avtombilin aerodinamik xüsusiyyətlərini yaxşılaşdırır) fərqli rəngini qeyd etmək də olar. Gövdənin qalan hissəsi əvvəlki kimi xam polad ilə seçilir. Salon isə qaraağac, dəri və yun əsaslı xüsusi parça materialı ilə işlənib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.