Milli.Az 4charx.com-a istinadən bildirir ki, yapon brendinin mətbuat üçün rəsmi açıqlamasında deyilir ki, 2016-cı model ilinin dördüncü nəsil Mazda MX-5 Miata rodsteri avtomobilin uzun tarixçəsi boyu ən yığcam modeldir. Qeyd edək yeni avtomobilin qlobal bazarlara çıxışı 2015-ci ildə olacaq.
Mazda MX-5 Miata 2016 "xüsusi olaraq köklənmiş SKYACTIV-G benzin mühərriki" ilə hərəkətə gətiriləcək. Şirkət onu da qeyd edib ki, yeni avtomobilin bortunda hər yerdə SKYACTIV texnologiyasından istifadə edilub.
Dizayna gəldikdə isə yapon şirkətinin qlobal dizayn istiqaməti Kodo bu yeni üstüaçıq avtomobildə də öz əksini tapıb. Əfsanəvi avtomobil dəyirmiliyini itirib və daha tinli və aqressiv olub. Yeni Mazda MX-5 Miata 2016 ön və arxa hissələri daha alçaq, sanki yerə toxunurmuş kimidir.
Yeni rodsterin salonunda Mazda şirkətinin bütün digər yeni modellərində gördüyümüz tərtibatı görürük. Rəsmi təqdimat zamanı Mazda təmsilçiləri qeyd ediblər ki, əvvəlki nəsillə müqayisədə yeni rodsterin salonunda daha yaxşı tərtibat materiallarından istifadə edilib.
Milli.Az