Dodge Viper yeniləndi

6 Sentyabr 2014 18:58
Dodge şirkəti 2015-ci ilin Viper SRT modelini açıqlayıb. Yenidən "Dodge" olan Viper bir qədər daha güclü olub, yenidən işlənmiş ötürücü qutu ilə təmin edilib və yeni versiyaları üzə çıxıb. Belə ki, artıq onun adi, GT və GTS versiyalarını əldə etmək mümkündür. "Orta" versiyada (məhz bu versiya təzədir) model bütün baza versiyaları və əlavə olaraq tənzimlənən asqı və trekşn-kontrol, və həmçinin Nappa və alkantara ilə işlənmiş salon əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Viper ilə yarışa çıxmaq həvəsində olanlar üçün Viper SRT Time Attack bazasında TA 2.0 Special Edition modifikasiyası da var. Onun fərqləndirən əsas cəhət bolluca karbon istifadə edilmiş asma, yenidən qurulmuş və daha sərt asqı, Brembo əyləcləri, Pirelli P Zero Corsa şinləri geyindirilmiş Sidewinder II təkərləri və cəmi 96 nüsxə Sabelt kürsüləridir. Yeni modelin GTS Ceramic Blue Edition variantı da vardır. Bu əsasən eksteryerdə və salonda stilistik özəlliklərdən ibarət dəstdir. Bundan cəmi 40 ədəd buraxılacaq.

O ki, qaldı əlavə güc artımı və başqa texniki yeniliklərə 8,4 litrlik V10 mühərriki 2015 Viper SRT modelində 654 a.g. (+5 a.g.) və 814 Nm fırlanma anı hasil edəcək. Avtomobil 100 km məsafəyə 11,7 litr yanacaq sərf edəcək.

Milli.Az