Minik maşınları toqquşdu, 2 uşaq yaralandı - YENİLƏNİB - VİDEO

5 Sentyabr 2014 12:53
09:54

Ötən gün saat 20 radələrində Şəkidə yol qəza hadisəsi baş verib. Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə iki azyaşlı yüngül bədən xəsarətləri alıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, yol qəza hadisəsi Şəkinin Ziya Bünyadov və Mikayıl Cəbrayılov küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı Şəkinin Cəfərəbad kənd sakini Mürsəlov Elşən Azad oğlunun idarə etdiyi 55-BN-207 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobil Şəki sakini Mustafayev Bəhlul Cavanşir oğlunun idarə etdiyi 44-BA-222 dövlət nömrə nişanlı eyni markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdən birində olan 2 azyaşlı yüngül bədən xəsarətləri alıb. Xəsarət alanlara hadisə yerinə cəlb olunmuş Şəki TTTYS-nin həkimləri tərəfindən ilkin yardım göstərilib.

Qəzanın dəqiq olaraq hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdımalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az

---------
12:53