Bunu hamı bilməsə də, yazaq ki, "sosial şəbəkə" anlayışı 1954-cü ildə yaranıb və internetlə heç bir əlaqəsi olmayıb. Bununla bağlı araşdırmalar ötən əsrin 30-cu illərindən başlayıb. Bu anlayışı ilk dəfə Ceyms Brans elmə gətirib: "sosial şəbəkə" - sosial obyektləri özündə cəmləyən (insanlar və ya şirkətlər) düyünlərdən ibarət bir sosial strukturdur. Daha sadə dildə desək - bu, bir-biri ilə tanış insanlar qrupudur, qrupda isə şəxsin özü mərkəz, onun çevrəsində olanlar isə budaq hesab edilir. Misal üçün, Samir (şərti olaraq) mərkəz, Malik və Elnur isə onun dostları ola bilər.Virtualdan real həyata müdaxilənin mənfi fəsadlarından necə qurtulmaq olar?