Milli.Az auto.az-a istinadən bildirir ki, yeni nəsil "Suzuki Vitara" ilk dəfə keçən il Frankfurt avtosalonunda göstərilən konsept "iV-4"-ün seriya nümunəsi olacaq. Seriya modeli haqqında təfərrüatlar demək olar ki, yoxdur, lakin çətin ki, "Vitara" yolsuzluq flaqmanı "Grand Vitara" kimi birləşdirilmiş çərçivəsi olan ban konstruksiyası əldə edəcək.
Yəqin ki, "Vitara" artıq satılan krossover "Suzuki S-Cross"-un daha kompakt versiyası olacaq. Bu istehsalçının seriya modelini "New SX-4"-də olduğu kimi AllGrip tam ötürücü sistemi ilə təchiz etmək niyyəti ilə qismən təsdiq olunur.
Həmçinin məlumdur ki, yenilik bir neçə qənaətli mühərrik əldə edəcək, həm benzin, həm də dizel mühərrikləri. "Suzuki" çatışmayan təfərrüatları yeniliyin təqdimat mərasimi zamanı elan etməyə söz verir.
Yeni "Suzuki Vitara" oktyabrın əvvəlində Paris avtosalonunda debüt edəcək. Yeniliyin Avropa satışlarını gələn ilin yazında başlamaq planlaşdırılır.
Milli.Az